Belçikanın "La Luvier" klubunda çıxış edən Mohamed Belkeyr karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qarabağ" əlcəzairli hücumçunu transfer etmək istəyir. Bu barədə "sportitalia.it" saytının jurnalisti Lorentso Lepore xəbər yazıb.
25 yaşlı forvardla Azərbaycan çempionu ilə yanaşı, Türkiyədən "Sivasspor" və "Antalayaspor", Belçikadan isə "Sent Truiden" maraqlanır.
Qeyd edək ki, Mohamed Belkeyr İtaliyanın "Verona" klubunun yetirməsidir. O, 2016-2018-ci illərdə "İnter"in U-19 komandasında çıxış edib.
Əlcəzair U-23 millisinin üzvü müqavilə ilə Niderlandın "Fortuna Sittard" klubuna məxsusdur. Belkeyr bu ilin yayında icarə əsasında "La Luvier"ə keçib. Futbolçu hazırda davam edən mövsümdə Belçika II Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi