Karlo Ançelotti: "Avropada ən çətin oyunlar "Enfild"də olur"

17:47 - 28 Noyabr 2024

"Real”ın(Madrid) baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında "Liverpul"a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis İngiltərədəki məğlubiyyəti bu cür şərh edib:

“Oyun çətin idi. Amma bunun belə olacağını bilirdik. Məncə, Avropada ən çətin oyunlar "Enfild"də olur. “Liverpul”un yaxşı dinamikası var. Penaltiyə qədər oyunda idik, sonra isə səviyyəni aşağı saldıq. İlk hissədə yaxşı müdafiə olunduq. Baxmayaraq ki, daha çox əks-hücumlardan istifadə edə bilərdik. Komandamızı bəyəndim. Düşünürəm ki, Avropanın ən çətin rəqibinə qarşı yaxşı mübarizə apardıq. Nəticə ədalətlidir. Çünki onlar qələbəyə layiq idilər, amma biz mübarizə apardıq. Ötən il olduğu kimi Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanmağa hazırlaşırıq. Bu seçdiyimiz yoldur. Başqa cür düşünə bilmərik. Mbappe də digərləri kimi döyüşdü, mübarizə apardı. Çox yaxşı oynamadı. Penaltini boşa verdi, çətin olacaq, amma hamımız onu dəstəkləyirik. Belə oyunda penaltini qaçırmaq oyunçu üçün bir az əsəbi olsa da, o, irəliyə baxmalıdır”

Xəbər xətti