"Qarabağ"ın və Əlcəzair millisinin futbolçusu Yassin Benzia 2024-cü ilin "Ferents Puşkas" mükafatına namizəd olub.
Sportal.az FIFA-ya istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Əlcəzair və CAR millilərinin yoldaşlıq görüşünün 70-ci dəqiqəsində vurduğu baxımlı qola görə namizədlər siyahısına düşüb.
Qeyd edək ki, martın 26-da keçirilən görüş 3:3 hesabı ilə başa çatıb.
Benzia qarşılaşmada dubl (22, 70) müəllifi olub.
saytlarin hazirlanmasi