Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Abdulkerim Bardakcı sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türk futbolçu Super Liqanın 14-cü turunun "Eyüpspor"la matçında (2:2) sol ayağından zədə alıb. 30 yaşlı mərkəz müdafiəçisinin ən azı 10 gün məşq prpsesindən uzaq qalacağı ehtimal edilir.
Qeyd edək ki, "Qalatasaray" Abdülkerim Bardakcını 2022-ci ilin yayında "Konyaspor"dan transfer edib. Türkiyə millisinin üzvü olan təcrübəli oyunçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi