Almaniyanın "Leypziq" klubu baş məşqçi Marko Roze ilə yollarını ayırmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi komandanın son oyunlarda göstərdiyi nəticələrdən narazıdır. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Leypziq"i çalışdırmağa əsas namizəd də məlumdur. Marko Roze istefaya göndərilsə, rəhbərlik "Mançester Yunayted"dən ayrılan Erik ten Haqı komandanın baş məşqçisi postuna gətirəcək.
saytlarin hazirlanmasi