"Zirə"ni çempionatda udmuşuq, mərhələ adlaya bilərik"

13:46 - 4 Dekabr 2024

"Kubok oyunudur və bir oyundan ibarət olacaq. Mərhələ adlamaq istəyirik. Maraqlı oyun olacağı dəqiqdir. Futboldur da hər şey ola bilər. Sona qədər mübarizə aparmalıyıq. Premyer Liqa matçında "Zirə"ni məğlub etmişdik. Mərhələni də adlaya bilərik".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Şamaxı"nın kapitanı Adil Nağıyev deyib.

O, komandasının bu gün ölkə kubokunun 1/8 final mərhələsində "Zirə"yə qarşı keçiriləcək oyunundan gözləntilərini açıqlayıb. Nağıyevin fikrincə, komandası 1/4 finala adlamağı bacaracaq gücdədir:

"Bəli, Premyer Liqada bir neçə oyundur uduzduq. Qələbə qazanmayanda psixoloji çətinliklər olur. Amma inanıram ki, "Zirə" ilə matçda qalib gələrək hər şeyi düzəldəcəyik".

Mirbağırağa

Xəbər xətti