“Son turda Premyer Liqada “Şamaxı”ya qalib gəlmişik. Komandada əhval-ruhiyyə yaxşıdır. Kubok matçına hazırlaşdıq. Vaxt çox olmasa da, bunu etdik”.
Bu sözləri Sportal.az saytına açıqlamasında “Kəpəz”in hücumçusu Paçu Lira deyib. Gəncə klubunun forvardı bu gün ölkə kubokunun 1/8 final mərhələsində qarşılaşacaqları “İmişli” ilə oyun haqda danışıb.
O, birinci liqa təmsilçisi ilə matçda qalib gələcəklərinə inandığını deyib:
“Təbii ki, bu matçda məqsədimiz qələbə qazanmaqdır. “İmişli”nin hansı liqada mübarizə aparmasından asılı olmayaraq, məqsəd dəyişməyəcəkdi. Ancaq bilirik ki, heç də asan olmayacaq. Biz oyuna uğurlu nəticə üçün çıxacağıq. Hər zaman belə olub, “İmişli” ilə görüşdə də belə olması üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Kəpəz" - "İmişli" matçı bu gün Tovuz şəhər stadionunda keçiriləcək və oyuna 16:00-da start veriləcək. Bu cütün qalibi "Neftçi"-"Difai" cütünün güclüsü ilə 1/4 finalda qarşılaşacaq.
saytlarin hazirlanmasi