"Samir Abasovun ilk oyununu çıxmaq şərtilə, yenə də 3-4 ildir ki, izlədiyimiz "Neftçi"ni görürük"

14:17 - 4 Dekabr 2024

"Neftçi" - "Qarabağ" matçını ilk dəqiqədən sona qədər izlədim. "Neftçi" oyuna pis başlamamışdı. Ancaq sonradan Yuri Matiasın buraxdığı səhv "Qarabağ"ın özünəinamı artırmasına kömək oldu. Təəssüf ki, "Neftçi" yenə də "Qarabağ"a uduzdu. Samir Abasovun gəlişindən sonra "Neftçi"də istək hiss olunurdu. Amma oyunda hansısa dəyişiklik görməmişəm. Samir Abasovun ilk oyununu çıxmaq şərtilə, sonradan yenə də 3-4 ildir ki, izlədiyimiz "Neftçi"ni görürük. Samir Abasov qış toplanışı zamanı gedişatı düzəltməli və hər şeynin daha yaxşı olmasına çalışmalıdır".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Neftçi"nin veteran futbolçusu Slavko Georgiyevski deyib. "Ağ-qaralar"ın keçmiş futbolçu komandanın hazırki durumuna şərh verib:

"Neftçi" bu gün kubok oyununa çıxacaq. Mən də qalib gələcəklərinə inanıram. Sadəcə "Neftçi" nə qazanıb? 3-4 ildir ki, heç nə qazanmayıblar, amma çox şey itiriblər. Geridə qalan 4 ildə komandanı yenidən qurmaq olardı ki, qarşıdakı 5-6 ildə "Neftçi" hamının sevdiyi və gözlədiyi kimi oynasın. Amma olmadı. Nə etmək olar? Allah qoysa, "Neftçi" ölkə kubokunu qazanar. Lakin yenə deyirəm ki, Avropada yaxşı oynayacaq komandanı görmürəm. Həmin komandanı qurmaq lazımdır. Yoxsa, bu gün nəticə olsun, sabah olmasın....Heç nə alınmaz. Komandanı düzgün və yaxşı qurmaq lazımdır. Evi fundamentdən inşa etməyə başlayırlar da, sonuncu mərtəbədən yox axı. Ümid edək ki, hər şey yaxşı alınacaq".

Mirbağırağa

Xəbər xətti