Premyer Liqanın bombardiri: "Başa düşmürəm, keyfiyyət yoxdursa, bu nəticələri necə qazanırıq?"

11:22 - 3 Dekabr 2024

“Turan Tovuz”a qarşı matç çox çətin keçdi. Belə də, olacağı gözlənilən idi. Çünki qonşu pillələrdə qərarlaşmışıq. Bu görüşdə əsas olan nəticə idi. Biz də onu qazandıq, qalib gəldik”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos deyib. Naxçıvan klubunun üzvü komandasının yüksək pillələrdə qərarlaşmasını şərh edib:

“Bugünkü gündə vacib olan qələbədi. Bir çox komanda yaxşı oynayır, amma uduzur. Bəzən isə biz pis oynayırıq, ancaq qazanırıq. Bəziləri deyir ki, komandamız keyfiyyətli oynamır. Amma biz 14 matçdır ki, uduzmuruq. Başa düşmürəm, keyfiyyət yoxdursa, bu nəticələri necə qazanırıq?".

Səkkiz qolla hazırda Misli Premyer Liqasının bombardiri olan Santos bu gün ölkə kubokunun 1/8 final mərhələsində “Mingəçevir”lə qarşılaşacaq komandasının şanslarını da dəyərləndirib: "Düzünü desəm, birinci liqa haqda çox da məlumatlı deyiləm. Sadəcə sabiq komandam olan “Qəbələ”ni izləyirəm. Biz yalnız özümüzü düşünürük. Bu gün qələbə qazanmalıyıq və bu, ən vacib məsələdir”.

Xəbər xətti