"Liverpul" ispan futbolçu üçün 80 milyon avro ödəməyə hazırdı

16:29 - 4 Dekabr 2024

"Liverpul" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Atletik"də çıxış edən Oyan Sanseti transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Liverpul" ispan yarımmüdafiəçi üçün onun klubuna 80 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, "Atletik" Oyan Sanseti 2015-ci ilin yayında "Osasuna" akademiyasından transfer edib. İspaniya millisinin üzvü olan 24 yaşlı hücumameyilli yarımmüdafiəçi bu mövsüm Bilbao təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 8 qol vurub. Onun klubu ilə müqaviləsi 2032-ci ilin yayına kimidir.

Xəbər xətti