Azər Bağırov: "Heyətin 70-80 faizini dəyişmişdik, ona görə də çətinlik yaşadıq"

19:06 - 4 Dekabr 2024

"Kəpəz" Azərbaycan Kubokunun 1/8 mərhələsində "İmişli"ni 1:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib.

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra fikirlərini bildirib:

"Bizim üçün oyun çətin başladı. Rəqib ilk dəqiqələrdən yaxşı müdafiə olundu. Birinci hissədə qol epizodlarımız da oldu. Amma reallaşdıra bilmədik. Heyətin 70-80 faizini dəyişmişdik, ona görə də çətinlik yaşadıq. Ümumi götürəndə maraqlı həftə keçirəcəyik. Bazar günü "Zirə" ilə çempionat oyunumuz var. Əsas odur ki, qələbə qazandıq. Zədəsiz növbəti oyuna hazırlaşacağıq".

Xəbər xətti