"Çelsi" ukraynalı futbolçu ilə bağlı qərar verdi

20:49 - 2 Dekabr 2024

"Çelsi" rəhbərliyi Mixaylo Mudriklə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, Londən təmsilçisinin ilk seçimi yanvar ayında ukraynalı vingeri icarəyə verməkdir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Mudriklə "Nyukasl", "Kristal Pelas" və "Barselona" yaxından maraqlanır. 

"Çelsi"nin digər seçimi isə 23 yaşlı vingeri birdəfəlik satmaqdır. Premyer Liqa klubu 40 milyin funt-sterlinqlik təklif gələcəyi təqdirdə futbolçunu satacaq.

Qeyd edək ki, "Çelsi" Mixaylo Mudriki ötən ilin yanvar ayında "Şaxtyor"dan transfer edib. Ukrayna millisinin üzvü bu mövsüm "mavilər"in heyətində meydana çıxdığı 15 rəsmi matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti