"Kəpəz"in İdarə Heyətinin üzvü Müzadil Həsənov sosial şəbəkə hesabından yeni sponsorun gəlişi ilə bağlı məlumat paylaşıb.
Sportal.az xəbər verir ki, Həsənov dəyişikliklərin rəsmiləşdirilməsi istiqamətində sənədləşmə işlərin getdiyini bildirib.
Həsənovun paylaşımını təqdim edirik:
"Dəyərli dostlar, son günlər "Kəpəz" PFK ilə bağlı tirajlanan xəbərlər "ucuz sensasiya" və qarayaxma xarakteri daşıyır və heç bir şəkildə həqiqəti əks etdirmir!
Bu birmənalıdır! Klubun idarə heyətinin üzvü kimi hamınızı əmin edirəm ki, yeni sponsorun bütün arzu və istəkləri yerinə yetirilir. Hazırda dəyişikliklərin rəsmləşdirilməsi istiqamətində lazımı sənədləşmə işləri aparılır. Heç kimin maraqları "Kəpəz"in maraqlarından üstün tutula bilməz! Buna əmin olun! İnşallah yeni mövsümdə, yeni stadionumuzda tam yeni, çempionluğa oynayan bir "Kəpəz" görəcəyik!".