Yüksək Liqada 2 oyun keçirildi

21:04 - 14 Fevral 2025

Qadın voleybolçuların Yüksək Liqasında XI turun oyunları keçirilib. 

Sportal.az xəbər verir ki, bu gün GİN-nin Voleybol Mərkəzində turun iki qarşılaşması baş tutub. “Milli Aviasiya Akademiyası” “Azərreyl”lə, “Murov Az Terminal” komandası isə UNEC üz-üzə gəlib. “Azərreyl” rəqibini 3:1, “Murov Az Terminal” isə 3:0 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, XI tura son qarşılaşması sabah Gəncədə keçiriləcək. Bu dəfə “Gəncə” klubunun qonağı “Abşeron” komandası olacaq. 

Yüksək Liqa 
14 fevral
 

“Milli Aviasiya Akademiyası” - “Azərreyl” 1:3 (23:25, 25:22, 16:25, 21:25)
“Murov Az Terminal” - UNEC 3;0 (25:8, 25:5, 25:7)

15 fevral 
14:30. “Gəncə” - “Abşeron”
Ünvan: Gəncə İdman Sarayı
AVF-nin rəsmi Youtube kanalı (canlı)

Xəbər xətti