Millimizin üzvləri Türkiyə klubunda komanda yoldaşı ola bilər

20:22 - 16 Fevral 2025

Türkiyənin “Çorum” klubu Azərbaycan millisinin daha bir üzvünü heyətinə qatmaq istəyir.

Sportal.az saytına verilən məlumata görə, söhbət Renat Dadaşovdan gedir.

"Ankaragücü"nün transferə çıxardığı forvard "Çorum"dan rəsmi təklif alıb. Hazırda birinci liqada iddialılar sırasında olan və Türkiyə Superliqasına vəsiqə qazanmaq uğrunda mübarozə aparan klub Dadaşovun xidmətində maraqlıdır.

Millimizin hücumçusunun hansı qərarı verəcəyi hələ ki bəlli deyil. Qeyd edək ki, “Çorum” bu ay millimizin yarımmüdafiəçisi Coşqun Diniyevi heyətinə qatıb.

Xəbər xətti