Mbappe: "Biz eyni yerdə fırlanırıq, heç nə irəliləmir"

20:32 - 20 Mart 2025

Kilian Mbappe Uesli Fofanaya sosial şəbəkələrdə edilən irqçi təhqirləri pisləyib.

Sportal.az xəbər verir ki, Premyer Liqanın 29-cu turu çərçivəsində keçirilən “Arsenal” – “Çelsi” (1:0) matçında irqçi təhqirlərə məruz qalan Fofana haqqında milli komandadan yoldaşı Mbappe bunları qeyd edib:

"Bu, kədərlidir, biz eyni yerdə fırlanırıq, heç nə irəliləmir, heç nə dəyişmir. Bütün komanda yoldaşlarımız onu dəstəkləyir. Biz onun yanındayıq.”

Fofana isə oyundan sonra irqi ayrı-seçkilik barədə belə deyib: "Bu, sadəcə bir oyun deyil. Bəziləri dəri rənginin onları başqalarından üstün etdiyini düşünür. Axmaqlıq və qəddarlıq artıq gizlədilmir."

Xəbər xətti