Mövsümün sonunda "Lill"lə müqaviləsi başa çatan Conatan Devid karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Barselona" kanadalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Devid yayda azad agent statusunda olacaq. "Barselona" bu amildən yararlanaraq təzminat ödəmədən 25 yaşlı forvardla müqavilə imzalamağı planlaşdırır.
Qeyd edək ki, "Lill" Conatan Devidi 2020-ci ilin yayında "Gent"dən transfer edib. Kanada millisinin üzvü bu mövsüm Fransa təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 23 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi