AFFA I Liqa klubuna texniki məğlubiyyət verdi

15:32 - 8 Aprel 2025

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, iclasda I Liqanın XX turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

03.04.2025-ci il tarixində I Liqada XX turun “Cəbrayıl” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun heyətində adları matçın protokolunda olmayan futbolçular oyuna daxil olduğuna görə “Qaradağ Lökbatan” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilsin,  “Qaradağ Lökbatan” klubu 400 manat cərimə edilsin (maddə 61.6);

03.04.2025-ci il tarixində I Liqada XX turun “Difai” – “Karvan” oyununun 90+3-cü dəqiqəsində “Difai” klubunun inzibatçısı Murad Şirinov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Difai” klubu 150 manat cərimə edilsin (maddə 42.3);

03.04.2025-ci il tarixində I Liqada XX turun “Difai” – “Karvan” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Difai” klubu 50 manat cərimə edilsin (maddə 70.1);

03.04.2025-ci il tarixində I Liqada XX turun “Difai” – “Karvan” görüşündə oyun günü planı pozulduğuna görə “Difai” klubu 100 manat cərimə edilsin (maddə 77.1);

03.04.2025-ci il tarixində I Liqada XX turun “Mingəçevir” – “Zaqatala” oyununda “Mingəçevir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Mingəçevir” klubu 150 manat cərimə edilsin (maddə 52.2).

Xəbər xətti