"Real"ın(Madrid) yarımmüdafiəçisi Cud Bellingem Çempionlar Liqasının ilk 1/4 final matçında “Arsenal”a səfərdə məğlubiyyətdən (0:3) sonra bildirib ki, komandanın bütün ümidləri indi yalnız “Santyaqo Bernabeu”da keçiriləcək cavab oyununa yönəlib.
Sportal.az UEFA-ya istinadən xəbər verir ki, ingilis futbolçu ilk oyundakı məğlubiyyətə baxmayaraq, növbəti mərhələyə vəsiqə qazana biləcəklərinə inandığını deyib:
"Fakt budur ki, müsbət nəticəyə yaxın deyildik. “Arsenal” çox yaxşı idi. Bəxtimiz gətirdi ki, cəmi üç qol buraxdıq. Qarşıda hələ cavab matçı var və biz bu mərhələ adlamaq fikrimizdə dayanırıq. Ancaq inanılmaz, çılğın bir şey etməliyik. Bu, hər yerdə baş verə bilərsə, elə yalnız Santyaqo Bernabeuda olacaq".
Qeyd edək ki, Bellinqhemin özü bu sezon Çempionlar Liqasında cəmi 3 qol vurub, ötən mövsüm isə 4 qol vurub.
saytlarin hazirlanmasi