"Lester Siti" gələn mövsüm Çempionşipdə çıxış edəcək.
Sportal.az xəbər verir ki, Rud van Nistelrooyun baş məşqçisi olduğu komanda Premyer Liqanı tərk edib. Belə ki, 33-cü turda bu gün "Liverpul"a 0:1 hesabı ilə uduzduqdan sonra bu rəsmiləşib.
Komanda 33 turda cəmi 18 xal toplayıb və 17-ci pillədə qərarlaşan "Vest Hem"dən 18 xal geri qalır. Mövsümün sonuna isə cəmi 5 tur qalıb.
"Lester Siti" son üç mövsümdə ikinci dəfə Premyer Liqanı tərk edir.
saytlarin hazirlanmasi