"Fənərbaxça" Super Liqa matçına 4 itki ilə çıxacaq

10:35 - 26 Aprel 2025

"Fənərbaxça" Türkiyə Super Liqasının 33-cü turu çərçivəsində səfərdə "Qaziantep"in qonağı olacaq.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq.

Allan Sen-Maksimin, Sofian AMrabar və Mert Müldür zədəlidir. Mert Hakan Yandaş isə isfeksiya yoluxduğu üçün xəstəxanada müalicə olunur.

Qeyd edək ki, "Qaziantep" - "Fənərbaxça" qarşılaşması bu gün saat 20:00-da baş tutacaq.

Xəbər xətti