"Napoli"nin yarımmüdafiəçisi Stanislav Lobotka yayda komandanı tərk edə bilər.
Sportal.az xəbər verir ki, slovakiyalı futbolçu ilə Avropada bir neçə klub maraqlanır. Bu barədə "Tuttomercato" məlumat yayıb.
"Mançester Yunayted" Lobotka üçün 40 milyon avro ödəməyə hazırdır. PSJ və "Barselona" da 30 dayaq yarımmüdafiəçisini heyətinə qatmaq istəyir.
Qeyd edək ki, "Napoli" Stanislav Lobotkanı 2020-ci ilin yanvar ayında "Selta"dan transfer edib. Slovakiya millisinin üzvü bu mövsüm Neapol təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi