"Liverpul"un futbolçusu "Bavariya" ilə anlaşdı

15:12 - 7 İyul 2025

"Liveerpul"un futbolçusu Luis Dias karyerasını Almaniya Bundesliqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Bavariya" kolumbiyalı vingeri transfer etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Münhenlilər Diasla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Klublar anlaşsa, keçid yaxın zamanda tamamlanacaq.

"Barselona" da 28 yaşlı ön xətt oyunçusunu heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Luis Dias ötən mövsüm "Liverpul"un heyətində meydana çıxdığı 50 rəsmi matçda 16 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Kolumbiya millisinin üzvünün İngiltərə klubu ilə müqaviləssi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti