“Yuventus” Randal Kolo-Muaninin transferi ilə bağlı “PSJ”yə yeni təklif irəli sürüb.
Sportal.az xəbər verir ki, "Sport Mediaset"in məlumatına görə, hücumçunun keçidi ilə bağlı razılaşma hələ tam şəkildə əldə olunmayıb. Buna görə Turin klubunun baş direktoru Damyen Komolli prosesi sürətləndirmək qərarına gəlib. “Yuventus” parislilərə futbolçunu yenidən icarəyə götürmək və bir il sonra onu 40 milyon avroya məcburi satın almaq təklifi verib.
Bildirilir ki, “PSJ” bu təklifi ciddi şəkildə dəyərləndirə bilər.
Xatırladaq ki, Kolo-Muani yanvardan etibarən “Yuventus”da icarə əsasında çıxış edib. Fransalı hücumçu A Seriyada keçirdiyi 16 oyunda 8 qol vurub və 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi