Misli Premyer Liqasında 9-cu tura bu gün start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə bölgə klublarının iştirakı ilə iki matç baş tutub.
"Turan Tovuz" "Karvan-Yevlax"ı, "İmişli" isə "Kəpəz"i məğlub edib.
3 gün davam edəcək tura oktyabrın 26-da son çempion "Qarabağ"ın görüşü ilə yekun vurulacaq.
Misli Premyer Liqası. 9-cu tur
24 oktyabr
14:30. "Karvan-Yevlax" - "Turan Tovuz" 1:2
Qollar: Şakil Sno 69 - Alexandro Serrano 71,Roberto Olabe 77
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Şamaxı şəhər stadionu
17:00. "Kəpəz" – "İmişli" 0:3
Qollar: Luis Silvestr, 45+3, Dioqo Almeyda, 60, Rafael Vieqaş, 83
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov.
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Qəbələ şəhər stadionu
