Almaniya millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

14:14 - 2 Sentyabr 2026

İtaliyanın "Yuventus" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi "Nyukasl"dan Nik Voltemadeni icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Yuventus" almaniyalı forvard üçün İngiltərə klubuna 3,6 milyon avro icarə haqqı ödəyib. 24 yaşlı futbolçu 2026/27 mövsümünü Turin təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, "Nyukasl" Nik Voltemadeni 2025-ci ilin yayında "Ştutqart"dan 75 milyon avroya transfer edib. Almaniya millisinin üzvü "sağsağanlar"ın forması ilə meydana çıxdığı 53 rəsmi matçda 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti