"Barselona" yarımmüdafiəçisini icarəyə verdi - RƏSMİ

15:17 - 2 Sentyabr 2026

"Barselona"nın yarımmüdafiəçisi Mark Kasado La Liqada klubunu dəyişib.

Sportal.az xəbər verir ki, "Deportivo" ispaniyalı futbolçunu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kasado mövsümün sonunadək La Korunya təmsilçisinin formasını geyinəcək. Klublar arasındakı anlaşmada 22 yaşlı dayaq yarımmüdafiəçisi üçün 30 milyon avroluq satınalma bəndi yer alıb.

Qeyd edək ki, Mark Kasado "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü 2025/26 mövsümündə Kataloniya nəhənginin heyətində meydana çıxdığl 34 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti