İngiltərə millisinin sabiq üzvü London klubunda

15:38 - 2 Sentyabr 2026

İngiltərənin "Kristal Pelas" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, London təmsilçisi "Strasbur"dan ayrılan Ben Çiluelli rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə milli komandasının sabiq üzvü ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Ben Çiluell 2025/26 mövsümündə "Strasbur"un heyətində meydana çıxdığı 34 rəsmi matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb. 29 yaşlı sol cinah müdafiəçisi daha əvvəl "Çelsi" və "Lester Siti"də çıxış edib.

Xəbər xətti