Milli üzvlərinin yeni sistemə uyğunlaşma prosesi - Azər Bağırov dəyişikliklərdən danışdı

16:17 - 2 Sentyabr 2026

"Şamaxı" mövsümə yaxşı başlayıb. "Qarabağ" məğlubiyyətinin ardından "Turan Tovuz" və "Qəbələ" səfərindən xalla qayıdıblar. Lakin U-21 millimizin üvləri Edqar Adilxanov və Oruc Məmmədov hələ ki gözləniləni vermirlər. Potensialları daha çoxuna imkan versə də, arxada qalan 3 turda bunu görmədik. 

Sportal.az saytına danışan "Şamaxı"nın baş məşqçisi Azər Bağırov bunun səbəblərini açıqlayıb:

"İki əsas faktor var. Birincisi sistemlə bağlıdır. Həm Edqar, həm də Oruc son illər fərqli sistemdə oynayıblar. İndi yeni sistemə uyğunlaşmaları gərəkdir. Çünki bizim oynadığımız sistemin həm müdafiəsi, həm də hücumu əvvəlkindən tam fərqlidir. İkincisi, komanda demək olar yenidən yığılıb. Müdafiədə hamısı yeni futbolçulardır, hücum xəttində də yenilər var. Belədə xətlərarası əlaqələri qurmaq, anlaşmanı yaratmaq çətin prosesdir.

Ümumi götürsək, komanda 50 gündür ki, bir yerdədir. Və bu müddətdə vur-tut 3 rəsmi oyuna çıxmışıq. Üstəgəl də bu matçlarda qarşılaşdığımız rəqiblərin hamısı da oturuşmuş komandalar olub. Şəxsən mənə görə, U-21 milli üzvlərimiz Oruc, Edqar, elə Emin Rüstəmov da bu oyunlarda yaxşı çıxış ediblər. Digər gənclər də var ki, zamanla onları da meydanda görəcəksiz". 

Xəbər xətti