Misli Premyer Liqasının 4-cü turunda keçiriləcək “Kəpəz” – “Şamaxı” oyununa azarkeş marağı böyükdür.
Sportal.az xəbər verir ki, Gəncə şəhər stadionunda oynanılacaq matç üçün artıq 4 mindən çox bilet satılıb. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu say cəmi bir gün ərzində qeydə alınıb.
Xatırladaq ki, görüş sentyabrın 4-də keçiriləcək və saat 20:15-də başlayacaq.
saytlarin hazirlanmasi
