Cek Qrilişin 2026/27 mövsümündə çıxış edəcəyi klub məlum olub.
Sportal.az xəbər verir ki, "Mançester Siti" ingiltərəli vingeri yenidən "Everton"a icarəyə verib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçu 2027-ci ilin yayına kimi Mersisayd təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Cek Qriliş ötən mövsümdə də icarə əsasında "Everton"da oynayıb. İngiltərə millisinin sabiq üzvü "mavilər"in heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
