"Sabah" "Zirə"ni, "Neftçi" isə "Şəfa"nı məğlub etdi - YENİLƏNİB

22:25 - 5 Sentyabr 2026

Bu gün Misli Premyer Liqasında 4-cü turun matçları keçirilir.

Sportal.az xəbər verir ki, ikinci gündə daha iki oyun keçirilib.

“Sabah” "Zirə" ilə üz-üzə gəlib. Meydan sahibləri 5:0 hesablı qələbəyə seviniblər. “Neftçi” isə “Şəfa”nı qəbul edib. Burada da "Neftçi" 4:1 hesabı ilə qalib gəlməyi bacarıb.

Misli Premyer Liqası
IV tur
5 sentyabr

“Sabah” – “Zirə” 5:0
Qollar:
Velko Simiç, 7, Coy Lens Mikels, 13 (pen), 30, 57, Kristian Nvaçukvu, 51
Masazır, Bank Respublika Arenası. 
Baş hakim: İnqilab Məmmədov

20:30 “Neftçi” – “Şəfa” 4:1
Qollar:
Rüfət Abbasov 35, Şkribbek 64, 66, Breno Almeyda, 78(pen), - Murad Musayev 48
Bakı, Palms Sport Arena
Hakim: Əliyar Ağayev

Xəbər xətti