Rusiya mətbuatı Çempionlar Liqasının əsas mərhələsinin açılış turu ilə bağlı müzakirə apararkən, “Mançester Yunayted” – “Sabah” görüşünə də toxunublar.
Sportal.az xəbər verir ki, “Sovetski Sport” portalı həmin oyunla bağlı bunları deyib:
"Azərbaycanın "Sabah" klubu bu həftə Çempionlar Liqasında ilk oyununu keçirəcək. Klubun yaranmasından debüt oyununa qədərki yolu cəmi doqquz il çəkib və onun ilk oyunu üçün "Old Trafford"dan daha yaxşı məkan təsəvvür etmək çətindir.
Bakı komandasını “Mançester Yunayted” qarşısına Valdas Dambrauskas çıxaracaq. Litvalı məşqçi gəncliyində televiziya şousunda pul qazanıb və onu məşqçilik kurslarına xərcləyib. İndi "Sabah" məşqçisi və onun oyunçuları “Mançester Yunayted”in Çempionlar Liqasındakı ildönümünü pozmağa çalışacaqlar.
"Qırmızı şeytanlar" Avropanın aparıcı yarışında 300 oyununa çıxan ilk ingilis klubudur. “Sabah”ın hazırkı heyətində Rusiya vətəndaşlığı olan bir neçə oyunçu var. Krasnoyarsklı Aleksey İsayev 2018-ci ildən bəri müxtəlif Azərbaycan komandalarında oynayır, Abdulla Xaybulayev isə Dağıstanda anadan olub və karyerasına "Anji" akademiyasında başlayıb, ikinci qapıçı isə "Lokomotiv"dən keçib. İlk iki oyunçu Azərbaycan millisində oynayıb, lakin onlar ən yüksək səviyyəyə doğru səyahətlərinə Rusiyada başlayıblar".
