"Hələ komandada çox işlər görülməlidir" VİDEO

03:15 - 25 Avqust 2013

Pantiç: "Bu, hələ başlanğıcdır"

 

"20-ci dəqiqədən sonra komandam istədiyim kimi oynamağa başladı. İkinci hissədə futbolçularım mükəmməl oynamağa başladı".


Sportal.az xəbər verir ki, bu sözləri "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç "Simurq"la oyundan (3:0) sonra keçirilən mətbuat konfransında deyib.


Serbiyalı mütəxəssis komandasının tədricən oyununu tapmasını deyib. Eyni zamanda hələ tam heyət formalaşdıra bilmədiyini qeyd edib:

"İndi-indi yolumuza düşməyə başlayırıq. Bu, hələ başlanğıcdır. Çempionatın əvvəlində istədiyim  komanda ilə oynaya bilmədim. Hələ komandada çox işlər görülməlidir. Çünki futbolçularımızın gücünə bələdəm".

 

Xəbər xətti