"Neftçi" Araz Abdullayevi əvəzedici heyətə göndərdi

12:45 - 18 Oktyabr 2014

Klubdaxili iclas

 

Bu gün “Neftçi”nin klubdaxili iclası keçirilib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda rəhbərliyi və məşqçilər heyətinin iştirakı ilə baş tutmuş toplantıda “Sumqayıt” - “Neftçi” oyununda intizamsız davranışa yol verən futbolçu Araz Abdullayevin cəzalandırılması ilə bağlı qərar qəbul edilib. 

 

Klubdaxili nizam-intizam qaydalarını pozan yarımmüdafiəçi baş məqşçi Arif Əsədovun təqdimatına əsasən əvəzedici komandaya göndərilib.

 

Bu gün keçirilmiş məşqdən öncə Araz Abdullayevin cəzalandırılması ilə bağlı komanda üzvlərinə və futbolçulara məlumat verilib.

Xəbər xətti