Neftçi 3-cü yer uğrunda oyuna çıxır

12:50 - 19 Oktyabr 2014

Komanda növbəti matçına çıxacaq

 

“Neftçi”nin U-13 komandası Rusiyanın Soçi şəhərində təşkil olunan “Dəri top” turnirində sonuncu qrup oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, komandamız “Soçi” klubu ilə heç-heçə edib – 1:1.

“Neftçi”nin qolunu Zeynəddin Abdulrəhmanov vurub. Bununla da A qrupunda 2-ci yeri tutan komandamız B qrupunun ikincisi olan “Voronej” klubu ilə 3-cü yer uğrunda görüş keçirəcək. Oyun bu gün baş tutacaq.

Qeyd edək ki, “Neftçi” bunadək Kalininqrad (2:0), Qazaxıstanın “Kostanay” (0:3) və Abxaziyanın “Ritsa” (5:1) komandaları ilə qarşılaşmışdı.

Xəbər xətti