Ertoğrul Sağlamı Bursada daşa basdılar

03:15 - 20 Oktyabr 2014

Avtobusun şüşələri sındırıldı, fanatlar xəsarət aldılar

 

Türkiyə Superliqasının 6-cı turunda “Bursaspor”un qonağı olan “Əskişəhərspor” səfərdən bir xal qoparmağı bacarıb. 

 

Sportal.az xəbər verir ki, 2:2 hesabı ilə başa çatan qarşılaşmada oyundan sonra qalmaqal baş verib.  Qonaq komandanın futbolçuları və baş məşqçisi soyunub-geyinmə otağına yollanarkən bursalı tərəfdarlar onlara təzyiq göstəriblər. Hətta azarkeşlər vaxtilə “Bursaspor”u çempion etmiş hazırda “Əskişəhərspor”a başçılıq edən Ertoğrul Sağlamın ünvanına təhqiredici ifadələr işlədiblər.

 

Məhz bu səbəbdən Ertoğrul Sağlam oyundan sonra mətbuat konfransına qatılmayıb. Klubun mətbuat xidmətinin rəhbəri Mehmet Öztürkün sözlərinə görə, baş məşqçi özünü pis hiss etdiyi üçün konfransa qatılmayıb.

 

Bursaya komandasını dəstəkləməyə 4 avtobusla gələn əskişəhərli fanatlar da yerli tərəfdarlar tərəfindən daşa-qalaq olunub. Qonaq komandadan bir neçə azarkeş ciddi xəsarət alaraq “Əskişəhərspor” klubuna maddi ziyan dəyib. Baş verən qalmaqalla bağlı polislər artıq araşdırmalar aparmağa başlayıb.           

Xəbər xətti