Rza Çalımbay gözünü yumub ağzını açdı

03:45 - 20 Oktyabr 2014

"Halilhodziç bir qədər hərəkətlərinə fikir verməlidir"
 
Türkiyə Superliqasının 6-cı turunda “Trabzonspor”a 3:1 hesabı ilə məğlubiyyətdən sonra “Mersin İdman Yurdu” komandasının baş məşqçisi Rza Çalımbay gözünü yumaraq ağzını açıb.
 
Sportal.az xəbər verir ki, təcrübəli çalışdırıcı hakimlə yanaşı həmkarıVahid Halilhodziçi də tənqid atəşinə tutub:
 
“Vederson bilərəkdən rəqibi vurmaz. Halilhodziç bir qədər hərəkətlərinə fikir verməlidir.Hakimin səfərdə komandanı necə sıxdığını yaxşı gördüm. Mən komandamın məğlubiyyətinə deyil, hakimin əleyhimizə işlədiyinə görə üzülürəm. Çox maraqlıdır ki, “Trabzonspor”a qarşı qayda pozuntusu olan kimi hakim oyunu saxlayırdı. Ancaq bizdə isə davam işarəsi verirdi. Elə rəqib komanda da qolları satandart vəziyyətlərdən vurdu”.      

Xəbər xətti