"Söz atmaqdansa o, gedib işiylə məşğul olsun”

04:30 - 20 Oktyabr 2014

Vahid Halilodziçdən həmkarına sərt cavab  
 
“Mersin İdman Yurdu”nun çalışdırıcısı Rza Çalımbayın tənqidlərinə “Trabzonspor”un baş məşqçisi Vahid Halilodziç sərt ittihamlarla cavab verib.  
Sportal.az xəbər verir ki, təcrübəli məşqçi açıqlamasında belə deyib:
 
“Ağır şəraitdə olan bir meydançada oynadıq. Üç qol vurduq və 9 dəfə rəqib qapısında təhlükəli epizod yaratdıq. Rəqib heç nədən bir penalti qazanaraq hesabı bərabərləşdirdi. Ondan sonra üstünlüyü tam ələ alaraq əlimizə düşən fürsətləri dəyərləndirdik. Əgər belə davam etsək hər oyunda qələbə qazana bilərik.
 
Rəqib komandanın baş məşqçisini tanımıram. Vederson təsadüfi qırmızı vərəqəylə meydandan qovulmadı. Gözümüzün qarşısında Serdara qarşı kobud oynadı. Hətta elə bildim ki, futbolçumuzun ayağı qırıldı. Ondan əvvəl Mustafa Akbaş zədə alaraq xəstəxanaya aparıldı. Oyunçularımı qoruduğum üçün o, məni tənqid etdi. Əslində baş məşqçi olaraq bu mənim vəzifəmdir. 45 ildir futbolun içindəyəm və ondan dərs almaq fikrim də yoxdur. Soz atmaqdansa o, gedib işiylə məşğul olsun”.    

Xəbər xətti