Əliyar Ağayev Çempionlar Liqasına təyinat aldı

13:20 - 20 Oktyabr 2014

D qrupunun oyununa təyinat

 

FİFA referisi Əliyar Ağayev yeni təyinat alıb. 

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında təşkil olunan UEFA Gənclər Liqası turnirinin D qrupunda oktyabrın 22-də, Türkiyənin İstanbul şəhərindəki Esenyurt İncirtepe stadionunda keçiriləcək “Qalatasaray” (Türkiyə) - "Borussiya" (Dortmund, Almaniya) oyununun baş hakimi Əliyar Ağayev olacaq. 

 

Ona Rza Məmmədov və Knyaz Əmiraslanov kömək edəcək.

Xəbər xətti