9-cu turun hazırlıqları
Premyer Liqanın növbəti turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" 1 günlük istirahəti başa vurub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Aqil Məmmədovun komandası "Kapital Bank Arena"da səhər məşqinə çıxıb.
"Neftçi" ilə qarşılaşmada zədələnən Tofiq Mikayılovdan başqa, Bəxtiyar Həsənalızadə də zədə səbəbindən məşqdə iştirak etməyib.
Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" oyunu oktyabrın 24-də keçiriləcək.
saytlarin hazirlanmasi