"Neftçi" Rusiyada 4-cü oldu

14:05 - 20 Oktyabr 2014

U-13 son görüşdə məğlub oldu

 

“Neftçi”nin U-13 komandası Rusiyanın Soçi şəhərində təşkil olunan “Dəri top” turnirini başa vurub.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Eldəniz Məmmədovun yetirmələri 3-cü yer uğrunda oyunda “Voronej” klubuna 0:1 hesabı ilə məğlub olan komandamız turnirdə 4-cü yeri tutub.

 

Qeyd edək ki, “Neftçi” A qrupunda "Kalininqrad" (2:0), Qazaxıstanın “Kostanay” (0:3), Abxaziyanın “Ritsa” (5:1) və “Soçi” (1:1) komandaları ilə qarşılaşmışdı.

Xəbər xətti