Millinin baş məşqçi postuna Tino Peres gətirildi

15:45 - 20 Oktyabr 2014

İspaniyalı mütəxəssisə həvalə olundu

 

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi ispaniyalı mütəxəssis Faustino Peres Moreno Qomesə (Tino Perez) həvalə olunub. 

 

Sportal.az AFFA-nn rəsmi saytına istinadən xəbər verir ki, onun bu vəzifəyə təyinatının təsdiq olunub-olunmaması AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılacaq.

 

Qeyd edək ki, Tino Peres hal-hazırda "Araz"ın baş məşqçisidir.

Xəbər xətti