Karlo Ançelotti: "Mən 100% əminəm ki, Ronaldo "Mançester Yunayted"ə keçməyəcək"

17:20 - 20 Oktyabr 2014

Baş məşqçi iddialı danışdı

 

"Real"ın baş məşqçisi Karlo Ançelotti son vaxtlar gəzən söz-söhbətlərə aydınlıq gətirib.

 

Sportal.az xəbər verir ki, Papa Karlo ulduz futbolçu Ronaldo haqqında xoş sözlər bildirərək bunları qeyd edib:

 

"Hər hansı bir oyunçunu əvəz etmək mümkündür. Lakin, Ronaldo dünyanın 1 nömrəsidi. O əvəzedilməz bir futbolçudu. Mən 100% əminəm ki, Ronaldo "Mançester Yunayted"ə keçməyəcək. O, karyerasını "Real"da bitirəcək."

Xəbər xətti