"Milan"ı tərk etməyəcəm, ona görə ki, bu komandanın fanatıyam"

18:05 - 20 Oktyabr 2014

Qapıçıdan açıqlama

 

"Milan" klubunun təcrübəli qapıçısı Kriştian Abbiati klubu tərk etmək istəmədiyini bildirib.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı qapıçı öz Sky Sports-a açıqlamasında bunları deyib:

 

"Milan"ı tərk etməyəcəm. Mən bu klubun fanatıyam. Burdan gedə bilmərəm. Başqa klubun formasında özümü görə bilmirəm."

 

Qeyd edək ki, 1998-ci ildən "Milan"ın şərəfini qoruyan Abbiati müxtəlif vaxtlarda "Yuventus", "Torino" və "Atletiko" kimi komandalara icarəyə verilib.

Xəbər xətti