UEFA Türkiyə klubunu cərimələdi

00:05 - 21 Oktyabr 2014

Azarkeşlər "Qalatasaray"ı 50 min ziyana saldı 
 
 
UEFA "Qalataray" klubuna 50 min avro məbləğində cərimə kəsib. 
 
Sportal.az xəbər verir ki, bu barədə qitənin ali futbol qurumunun saytı məlumat yayıb. "Sarı-qırmızılılar"ın azarkeşləri Çempionlar Liqasının ikinci turunda səfərdə "Arsenal"a qarşı matçda meydançaya məşəl atdığı üçün UEFA İstanbul klubuna bu cəzanı tətbiq edib.
 
Türkiyə təmsilçisi 30 gün ərzində stadiona dəyən maddi ziyanı ödəməlidir. 

Xəbər xətti