"Fənərbaxça" portuqaliyalı futbolçuyla yollarını ayırır

00:30 - 21 Oktyabr 2014

Klub rəhbərliyi Bruno Alveşi 50 min cərimələdi  
 
“Qalatasaray”la derbi matçinın 53-cü dəqiqəsində qırmızı vərəqə alaraq “Fənərbaxça”nı meydanda azlıqda qoyan Bruno Alveş komandadan ayrıla bilər.
 
Sportal.az xəbər verir ki, 2:1 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi portuqliyalı futbolçunu 50 min dollar cərimələyib. Dünən komandanın məşqinə qatılmayan Bruno Alveşin qış fasiləsində “Fənərbaxça” ilə yollarını ayıracağı barədə məlumatlar yayılıb.
 
Klubun bazasında baş məşqçi İsmayıl Kartalla görüşəndən sonra təcrübəli müdafiəçi məşqə qatılmamasına belə izah edib: 
 
“Elə bil üzərimdə bir yorğunluq hiss edirəm. Özümə gəlməyim üçün mənə vaxt lazımdır. Bura gəlməyimin də məqsədi məşqə qatılmamaq üçün baş məşqçidən icazə amağım idi. O, istirahət etməyimə razılıq verdi. Başqa bir söz deyə bilmərəm”       

Xəbər xətti