"Çaykur Rizəspor"la "Balıkesirspor" sülh bağladı
Türkiyə Superliqasında 6-cı tura iki qarşılaşma ilə yekun vurulub.
Sportal.az xəbər verir ki, son oyun günündə öz meydanında "Kayseri Erciyesspor"la qarşılaşan "Gənclərbirliyi" rəqibin müqavimətini qıra bilməyib. 90 dəqiqə ərzində tərəflər qapılara yol tapa bilməyib.
"Çaykur Rizəspor" ilə "Balıkesirspor" oyunu qollu alınsa da, bu qarşılaşmada da qalib müəyyənləşməyib - 2:2.
Türkiyə Superliqası 6-cı tur
20 oktyabr
"Gənclərbirliyi" - "Kayseri Erciyesspor" 0:0
"Çaykur Rizəspor" - "Balıkesirspor" 2:2
Qollar: Kaçar, 37, Holosko, 79 - Santos, 16, Jabiye, 56
saytlarin hazirlanmasi