Xuan Mata: "Mourinyo ilə heç bir əlaqəm olmayıb"

11:40 - 21 Oktyabr 2014

İspan futbolçudan açıqlama

 

"Mançester Yunayted"in ispan futbolçusu Xuan Mata keçmiş klubu "Çelsi"nin baş məşqçisi Joze Mourinyo haqqında maraqlı fikirlər səsləndirib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, yarımmüdafiəçi öz açıqlamasnda bunları deyib:

 

"Mən "Çelsi"də iki möhtəşəm sezon keçirdim. Titullar qazandıq. Azarkeşlər məni çox sevirdilər. Yaxşı oyunçu olduğumu qeyd edirdilər. Ancaq Joze Mourinyonun gəlişi ilə hər şey dəyişdi. Artıq, mən əsas heyətdə az hallarda olurdum. Heç bir zaman Mourinyo ilə əlaqəm, dialoqum olmayıb. Məni ehtiyatda saxlama səbəbini başa düşmürdüm. Daha sonra "Mançester Yunayted" klubundan təklif gəlincə, müsbət qarşıladım və burada hal-hazırda xoşbəxtəm."

Xəbər xətti