Argentinalı ulduz ÇL-də 69-cu qolunu vurdu
Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Ayaks”la qarşılaşmada Lionel Messinin vurduğu qol əlamətdar olub.
Sportal.az xəbər verir ki, ÇL-da 69-cu dəfə fərqlənən argentinalı hücumçu qol sayını Madrid “Real”ının futbolçusu Kriştiano Ronaldoya çatdırıb.
İndi hər iki futbolçu sözügedən turnirdə 69 qola imza atıb.
Qeyd edək ki, ÇL-da ən çox qol vuran “Real”ın sabiq hücumçusu Raul Qonzalesdir. İspaniyalı futbolçu qitənin bir nömrəli klub turnirində 71 dəfə fərqlənib.
saytlarin hazirlanmasi